Leyla Yunusun həbs müddəti daha 4 ay uzadılıb

Hüquq müdafiıçisinin həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti də rədd olunub

Source:


Hüquq müdafiıçisinin həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti də rədd olunub

Oktyabrın 24-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə  hüquq müdafiəçisi Leyla Yunusun Baş Prokurorluğun təqdimatı əsasında  həbs -qətimkan tədbirinin uzadılması ilə bağlı məsələyə baxılıb.

Vəkil Cavad Cavadovun bildirdiyinə görə, məhkəmə Leyla Yunusun həbs müddətinin  daha 4 ay (gələn il fevralın 28-dək) uzadılması barədə qərar qəbul edib.

Vəkil deyib ki, istintaq həbsin uzadılmasını  müvafiq istintaq hərəkətlərinin aparılması ilə izah edib.

Öz növbəsində müdafiə tərəfi həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırsa da, vəsatət rədd olunub.

Vəkilin sözlərinə görə, L.Yunusun əvvəlkitək səhhətində problem var.

Xatırladaq ki, Leyla və Arif Yunus dövlətə xəyanət və digər cinayətlərdə təqsirli bilinir. Lakin vəkilin sözlərinə görə, bu ittihamlar təsdiqlənməyib.

Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərLeyla Yunusun həbs müddəti daha 4 ay uzadılıb