Leyla Yunusa fiziki təzyiq göstərilir (yenilənib)

Hüquq müdafiəçisi Mehman Əliyevə zəng vuraraq şikayət edib

Source:


Hüquq müdafiəçisi Mehman Əliyevə zəng vuraraq şikayət edib

17.23.  Penitensiar xidmət Meydan TV-in bu barədə sorğusuna cavabı belə olub: “Leyla Yunusun saxlanma şəraiti ilə bağlı artıq öz münasibətimizi bildirmişik. Rəsmi saytımızda açıqlama gedib”.

***

İyulun 30-dan həbsdə saxlanılan Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus 1 saylı Kürdəxanı İstintaq Təcridxanasından telefon edərək  saxlanma şəraiti haqda məlumat vermək imkanı əldə edib.

O, “Turan İA” agentliyinin direktoru Mehman Əliyevlə söhbətində bildirib ki, təcridxananın Nuriyə adlı əməkdaşı tərəfindən ona psixoloji, hətta fiziki təzyiqlər edilir.

Avqustun 5-də həyat yoldaşı Arif Yunus həbs olunduqdan sonra o, heç bir şey almayıb. MTN-in təcridxanasında saxlanılan həyat yoldaşının vəziyyəti barədə məlumatı yoxdur. İndiyədək A. Yunusun yanına vəkil buraxılmayıb.

Hüquq müdafiəçisi səhhətinin (şəkər xəstəliyinin kəskin forması) pisləşdiyini və lazımi tibbi yardımın olmamasını bildirib. O, qəzetlərdən və TV-dən məhrum edildiyini deyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Meydan TV-yə bildiriblər ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

L.Yunus və həyat yoldaşı A.Yunus dövlətə xəyanət, vergidən yayınma və qanunsuz sahibkarlıqda ittiham olunurlar.

Avropa İttifaqı, ATƏT, AŞ, həmçinin bir çox beynəlxalq təşkilatlar onların həbsini siyasi motivli adlandırıb və azadlığa buraxılmalarını tələb edib.

Leyla və Arif Yunuslar Azərbaycanın hüquq -müdafiə təşkilatları və vəkilləri tərəfindən tərtib edilən 98 nəfərlik siyasi  və vicdan məhbusunun yer aldığı vahid siyahıya daxil ediliblər.

Ana səhifəXəbərlərLeyla Yunusa fiziki təzyiq göstərilir (yenilənib)