Leyla Yunusa çatmayan sovqat (VİDEO)

Leyla Yunus həbs olunandan bu günə qədər ona sovqat aparmağa icazə verilmir. Son dəfə 21 avqustda 1 saylı Bakı İstintaq Təcridxanasına gedən Cəmil Həsənli, Xədicə İsmayıl və Yeganə Hacıyevaya “Sovqatı yalnız həbs olunanın ailə üzvü gətirə bilər” cavabı verilib. Ancaq həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Qanununda belə bir hissə yoxdur.

Çıxarış:

12. Bağlama, sovqat, banderol alma və ya göndərmə qaydaları

12.2. Bağlama, sovqat və banderol aşağıdakı hallarda qəbul olunmur:

12.2.1. tutulmuş və ya həbs edilmiş şəxs azad olunduqda və ya MSY-dən başqa yerə köçürüldükdə;

12.2.2. tutulmuş və ya həbs edilmiş şəxs vəfat etdikdə;

12.2.3. sovqatı gətirən şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədikdə;

12.2.4. tutulmuş və ya həbs edilmiş şəxs bağlamanı, sovqatı və banderolu almaqdan imtina etdikdə.

12.3. Tutulmuş və ya həbs edilmiş şəxs bağlamanı, sovqatı və banderolu almaqdan imtina etdikdə, bu barədə ərizə yazır, sovqat gətirmiş şəxs həmin ərizə ilə tanış edilir, bağlama və banderol isə sahibinə qaytarılır, ərizə tutulmuş və ya həbs edilmiş şəxsin şəxsi işinə əlavə olunur.

Kürdəxanıda yerləşən təcridxanada olduğumuz müddətdə də gətirilən sovqat “içəri keçirmək üçün tapşırılmayıb” deyilməklə qəbul edilmədi.

Ana səhifəVideoLeyla Yunusa çatmayan sovqat (VİDEO)