Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ona qarşı təxribat hazırlanması barədə məlumat yayıb.
Hüquq müdafiəçisinin Meydan TV-yə göndərdiyi açıqlamada deyilir ki, Prezident Administrasiyasından hakimiyyətin əleyhdarlarına qarşı repressiyalar barədə məlumat alıb.
Leyla Yunus bildirib ki, administrasiyanın hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin rəhbəri Fuad Ələsgərov və ictimai-siyasi şöbənin müdiri Əli Həsənova hüquq müdafiəçisinin polisə gətirilməsi və nəhayət, həbsi üçün təxribatların təşkili haqda düşünməyi tapşırıblar:
“Təxribatlar zor xarakterli olmalıdır – təhqir, dava, aşağılayıcı davranışlarda ittiham etmək. Təxribatçılar jurnalist, yaxud sadə vətəndaş adı ilə keçirdiyim mətbuat konfransına və ya yardım məqsədi ilə gəlib bu özbaşınalığı həyata keçirə bilərlər” – Leyla Yunus belə deyib.
Hüquq müdafiəçisi bildirib ki, çoxlu sayda qanun pozuntularına yol vermiş Baş Prokurorluğun Ağır Cinayətlərə İşlər üzrə İdarənin müstəntiqlərinə onu və həyat yoldaşını Rauf Mirqədirovun işi əsasında həbs etməyə icazə vermirlər:
“Amma mənim həbsim və susdurulmam məsələsi qüvvədədir. Fuad Ələsgərov və Əli Həsənov bunun üçün təzyiqin yeni variantlarını axtarırlar. Hazırkı hakimiyyət öz opponentlərinə qarşı kriminal metod və üsullardan istifadəni davam etdirir”.