Leyla Yunus həbs edildi

Hüquq müdafiəçisinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

Source:

Meydan TV-in Nəsimi Rayon Məhkəməsinin qarşısında olan əməkdaşının məlumatına görə, hakim Leyla Yunus haqqında 3 ay həbs qətimkan tədbiri seçilməsi qərarını oxuyub. Onun həyat yoldaşı Arif Yunus isə polis nəzarətində ev dustaqlığına buraxılıb. Ancaq Arif Yunus heç bir sənədi imzalamayıb.


***

Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusun məhkəməsi keçirilir. Hazırda məhkəməyə gətirilən hüquq müdafiəçisinin səhhəti pisləşib. Məhkəmə önündə olan Meydan TV əməkdaşının məlumatına görə, Leyla Yunusun qoluna girib məhkəməyə gətiriblər. Onun həyat yoldaşı Arif Yunusun isə dilindən iltizam alaraq evə buraxıblar. Məhkəmə qapalı keçirildiyindən jurnalistlər zala buraxılmır.

Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb. Leyla Yunus həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi rayon məhkəməsinə aparılıb. Arif Yunus barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Ona qarşı 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib. Onun sözlərinə görə, Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər.

Ana səhifəXəbərlərLeyla Yunus həbs edildi