“Lənət” tamaşası bu dəfə yeni səhnə redaksiyasında oynanılıb

Tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır.

Source: Foto: Meydan TV


Pyesi Azərbaycan dilinə teatrın aktyoru, xalq artisti Vidadi Həsənov tərcümə edib

“YUĞ” Teatrının ən yeni tamaşalarından olan Villiam Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası növbəti dəfə nümayiş edilib.

Tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır.

Pyesi Azərbaycan dilinə teatrın aktyoru, xalq artisti Vidadi Həsənov tərcümə edib.

Yeni səhnə redaksiyasında təqdim edilən səhnə əsərində əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoginya York, Riçardın anası, Kölgə) çıxış ediblər.

Ana səhifəMədəniyyət“Lənət” tamaşası bu dəfə yeni səhnə redaksiyasında oynanılıb