Ledi Qaqa qonorarını Azərbaycanda siyasi məhbusların ailələrinə verməyə çağrılıb

“Təəssüf ki, sizin çıxışınız da həmin ört-basdırın, öz xalqına qarşı getdikcə daha düşmən mövqe tutan avtoritar rejimin misilsiz təbliğatının bir parçasına çevrilmişdir”

Source:


“Təəssüf ki, sizin çıxışınız da həmin ört-basdırın, öz xalqına qarşı getdikcə daha düşmən mövqe tutan avtoritar rejimin misilsiz təbliğatının bir parçasına çevrilmişdir”

“Haqlar Naminə İdman” Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Koalisiyası bir həftə əvvəl Bakıda Avropa Oyunlarının açılışında iştirak etmiş məşhur pop ulduzu Ledi Qaqaya məktub göndərib.

Koalisiya müğənninin insan hüquqlarının ciddi şəkildə pozulduğu bir ölkədə çıxış etməyə razılaşmasından təəssüflərini bildirir.

“Biz sizi bu çox böyük səhvi düzəltməyə çağırırıq. Əgər sizin bir qayda olaraq insan haqları və bərabərlik uğrunda səsinizi ucaltdığınızı nəzərə alsaq, ehtimal edə bilərik ki, siz Azərbaycandakı vəziyyətdən xəbərdar deyilsiniz”, – deyə məktubda qeyd edilir. Müraciətdə həmçinin Azərbaycanda onlarla siyasi məhbusun yaranmasına gətirib çıxaran vətəndaş cəmiyyətinin təqibi və məhvi faktları da yada salınır.

Müraciət müəllifləri həbsdə olan jurnalist Xədicə İsmayılovanın sözlərindən sitat gətirir: “Azərbaycan hazırda insan haqları böhranının içindədir və vəziyyət heç vaxt indiki qədər pis olmayıb”.

Azərbaycan rejimi Avropa Oyunlarından öz imicini yuyub-təmizləmək, beynəlxalq diqqəti ölkədə baş verən insan haqları pozuntularından yayındırmaq üçün istifadə edir.

“Təəssüf ki, sizin çıxışınız da həmin ört-basdırın, öz xalqına qarşı getdikcə daha düşmən mövqe tutan avtoritar rejimin misilsiz təbliğatının bir parçasına çevrilmişdir”, – deyə müraciətdə qeyd edilir.

Müəlliflər müğənnini U2 qrupunun başçısı Bono-dan nümunə götürməyə çağırırlar. O, 12 və 13 iyunda Monrealdakı konsertlərində bizim məhbus edilmiş azərbaycanlı həmkarlarımız barədə hüsn-rəğbətli bir müraciət səsləndirib. Biz sizi də səsinizi ucaldaraq Azərbaycanda insan haqları üzərinə hücumu pisləməyə, ölkənin məhbus edilmiş jurnalist və insan haqları müdafiəçilərinin azad edilməsi üçün çağırış etməyə səsləyirik”, – deyə məktubda bildirilir.

Müraciət müəllifləri Ledi Qaqanı Bakıdakı çıxışına görə aldığı qonorarını (2 mln. dollar) Bakıda siyasi məhbus ailələrinə verməyə çağırırlar.

“Bütün dünyaya göstərin ki, səsinizi satın almaq mümkün deyil”, – deyə bəyanatda bildirilib.

Ana səhifəXəbərlərLedi Qaqa qonorarını Azərbaycanda siyasi məhbusların ailələrinə verməyə çağrılıb