Bu qonorar London Olimpiadasının açılışı zamanı Pol Makkartninin qonorarı ilə (şərti məbləğ olaraq 1 funt) ziddiyət təşkil edir
“Eurosport” nəşri dərc etdiyi materialda bildirilir ki, tanınmış amerikalı müğənni Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasimində 10 dəqiqəlik çıxışına görə qonorarı 2 mln. dollar təşkil edib.
“Imagine” mahnısına görə qonorar London Olimpiadasının açılışı zamanı Pol Makkartninin qonorarı ilə (şərti məbləğ olaraq 1 funt) ziddiyət təşkil edir.
Bu çıxışa görə bu qədər pul verməyə dəyərdimi – “Eurosport” sual edir və bildirir ki, Ledi Qaqa bir neçə gün oteldə gizlənib ki, onu görməsinlər və mərasimdə iştirakı sürpriz olsun.