“NATO Rusiya sərhədləri yaxınlığındadır və bunlar qırmızı xətlərdir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında NATO Baş katibinin fikirlərinə reaksiya verib.
NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib ki, Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın üzvlüyü barədə qərar qəbul edib.
O həmçinin qeyd edib ki, Rusiya Federasiyasının bu məsələyə qarışmağa haqqı yoxdur.
Lavrov bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı söhbət indi başlayıb, çünki Moskvanın səbri tükənib: “Biz çox səbirliyik. Amma bilirsiniz, biz uzun müddətdir ki, öz təkliflərimizdən istifadə edirik”.
“Eyni zamanda, Moskva tam olaraq tələb etdiyi şeyi almağa qərarlıdır. Biz heç bir oyun oynamağa cəhd etmədik və Ukraynada kiminsə qeyd etdiyi ssenariyə əməl etməyə çalışmadıq. NATO və ya onun ayrı-ayrı üzvləri Rusiya sərhədləri yaxınlığındadır. Bunlar real olaraq qırmızı xətlərdir”, – deyə Lavrov bildirib.
Bununla belə Sergey Lavrov ölkəsinin danışıqları davam etdirəcəyinə ümid edir.
O, ABŞ və NATO-dan yazılı cavab gözlədiklərini deyib: “Mövqeni kağız üzərində görmək istəyirik. Maddə-maddə, hər iki sənəddəki hər bir bəndimizlə bağlı reaksiya almaq istəyirik. Bütün hallarda, danışıqların perspektivləri ilk növbədə ABŞ-dan asılıdır”.