Lavrov: “Putinlə Zelenski arasında danışıqlar bərpa edilməlidir”

8 iyun Mətbuat konfransı. Mənbə: “aa.com.tr”

Mövlud Çavuşoğlu: “Türkiyə belə bir görüşün təşkil edilməsinə hazırdır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Onlar Ukrayna münaqişəsini və regiondakı digər problemləri müzakirə ediblər.

Mövlud Çavuşoğlu BMT-nin Ukraynadan taxıl ixracını bərpa etmək üçün dəhliz açmaq planını ağlabatan sayıb.

O bildirib ki, plan gerçəkləşəcəyi halda gəmilərin təhlükəsizliyini təmin etmək üçün bütün tərəflərlə əlavə danışıqlar lazımdır.

Sergey Lavrov isə bildirib ki, idxal prosesinin bərpası üçün Ukrayna limanları ətrafından minaların təmizlənməsi lazım gələcək.

Görüşdə Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə və digər regional məsələlər də müzakirə olunub.

Cavuşoğlu deyib ki, Moskva ilə Kiyev arasında danışıqların bərpasına istək var.

Sergey Lavrov isə görüşdə növbəti dəfə Rusiya sərhədləri yaxınlığında xarici oyunçular tərəfindən yaradılmış təhlükədən danışıb.

“RİA Novosti” yazır ki, görüşdə Lavrov Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında birbaşa görüşün mümkünlüyünə toxunub.

O deyib ki, bunun üçün ilk növbədə tərəflər arasında danışıqlar prosesini bərpa etmək lazımdır.

Mövlud Çavuşoğlu isə öz növbəsində Türkiyənin belə bir görüşün təşkilinə hazır olduğunu bildirib.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutmuş sonuncu görüş martın 29-da Ankaranın vasitəçiliyi ilə İstanbulda olub.

Rusiyanın fevralda Ukraynaya müdaxiləsi Kiyevin Qara dəniz üzərindən taxıl ixracını dayandırıb. Bu da qlobal ərzaq böhranı təhlükəsi yaradıb.

Rusiya və Türkiyənin müdafiə nazirləri də iyunun 7-də görüşləri zamanı həmçinin “taxıl, günəbaxan və bütün digər kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması ilə bağlı görülə biləcək bütün tədbirləri” qiymətləndiriblər.

Birləşmiş Millətlər Təşkilatı (BMT) deyir ki, Ukrayna müharibəsi illər boyu davam edə biləcək qlobal ərzaq böhranına səbəb olub.

BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, müharibə dünyada taxıl və gübrə çatışmazlığı kütləvi aclıq və qıtlığa səbəb ola bilər:

“Odur ki, çatışmazlığı azaltmaq üçün Dünya Bankının daha 12 milyard dollar ayıracağı gözlənilir”.

BMT xəbərdarlıq edir ki, Ukraynadakı müharibə nəzarət edilmədiyi təqdirdə illər davam edə biləcək qlobal ərzaq böhranının alovlanmasına kömək edəcək.

“Müharibə, qlobal istiləşmə və pandemiyanın səbəb olduğu tədarük problemlərinin səbəb olduğu taxıl və gübrə çatışmazlığının maliyyə bazarlarının səhm qiymətlərinin yenidən ciddi şəkildə endirib. Bu, on milyonlarla insanın ərzaq təhlükəsizliyinə təhdiddir”, – deyə Quterreş əlavə edib.

Ana səhifəDünyaLavrov: “Putinlə Zelenski arasında danışıqlar bərpa edilməlidir”