Laura Bağdasaryan danışdı: “İttihamlar cəfəngiyyatdır”

“Əgər R.Mirqədirov dövlət sirri daşıyıcısıdırsa, niyə Azərbaycan hakimiyyəti onun ölkədən çıxmasına və bir neçə il Türkiyədə yaşamasına icazə verib?”.

Source:

“Əgər R.Mirqədirov dövlət sirri daşıyıcısıdırsa, niyə Azərbaycan hakimiyyəti onun ölkədən çıxmasına və bir neçə il Türkiyədə yaşamasına icazə verib?”.

“Reğion” Tədqiqat Mərkəzinin direktoru Laura Bağdasaryan bəyanatla çıxış edərək Azərbaycan MTN və Baş Prokurorluğun onun casusluq fəaliyyəti ilə bağlı ittihamlarını təkzib edib.

“Mənim adım Laura Seyranovnadır, Azərbaycan MTN və Baş Prokurorluğun bəyanatında deyldiyi kimi, Stepanovna deyil. Mənim haqqında informasiya İnternetdə açıq şəkildə var. Bizim mərkəz Ermənistan, Azərbaycan Gürcüstan, Türkiyə, Ukrayna, Aİ ölkələri, Rusiya və s. ölkələrdən olan jurnalistlər, ekspertlərlə müxtəlif layihələr çərşivəsində tədbirlər keçirib. Bu tədbrlər on-line rejimində, İnternet istifadəçilərinin gözləri önündə keçirilib, üçüncü ölkə ərazisində yox”.

L.Baqdasaryan bildirib ki, saytlarını diqqətlə öyrənmək lazım dii  –

www.caucasusjournalists.net

 ( 2003- 2011-ci illər.),

www.regioncenter.info

 ( 2001-i idən indiyə qədər ),

www.publicdialogues.info

 ( 2012-2014-cü illər): “Orada bizim donorlar – ABŞ, Böyük Britaniya, Polşa hökumətləri, Aİ, Avropa Komissiyası, NATO-nun mənzil  qərargahı haqda məlumatlar var”.

Bəyanatda  deyilir: “bizim mərkəz Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərir, Azərbaycanda qeyri-hökumət təşkilatları arasında, kütləvi informasiya vasitələri sahəsində dünyagörüşləri və siyasi baxışları onları cəlb edən Azərbaycan vətəndaşlarını müxtəlif fondların maliyyə yardımı ilə üçüncü ölkələrin ərazisində təşkil olunan konfranslara dəvət edərək əlaqələr yaratmağa çalışır”. Bəli, analitik və layihələrin rəhbəri kimi məni təkcə Azərbaycandan yox, digər ölkələrdən öz baxışlarını sivil qaydada açıqlayan və peşəkar rəy verə bilən mütəxəssislər cəlb edir. Yalnız Azərbaycandan deyil, müxtəlif ölkələrdən mütəxəssislər cəlb etməyimizin səbəbi bu əsas iki meyardır. Əgər MTN və Baş Prokurorluq üçün bu keyfiyyətlər cinayət təqbləri və ittihamlar üçün əsasdırsa, o zaman başqa ünvana müraciət edin”.

Bəyanatda daha sonra bildirilir ki, 2009-cu ilin fevralında Tbilisidəki kafelərdən birində Rauf Mirqədirovla görüşüblər. Lakin xüsusi xidmət orqanları aşağıdakıları sübut etməlidir:

–  R.Mirqədirovun bizim layihələrdə iştirakının cinayət hesab olunduğunu:

– R.Mirqədirovun yuxarıda göstərilən yazılı materiallardan (yeri gəlmişkən, İnternetdə açıq şəkildə göndərilənlər) başqa mənə Azərbaycanın hər hansı hərbi və ya digər mühüm sahələri ilə əlaqədar olan sxem, videonun ötürdüyünü;

– R.Mirqədirovun 2008-ci idən dövlət sirri daşıyıcısı olduğunu;

– Açıq beynəlxalq tədbirdə iştiraka görə qonorar alınması haqda imzanın R.Mirqədirovun  “casusluğa” bağlılığına hüququ əsaslı sübut olduğunu;

Əgər biz casuzla iş görürüksə niyə mən R.Mirqədirova Tbilisi restoranlarının birində pul verirəm ki, bunu da hansısa “Samvel” görür. Axı, pulları Leyla Yunusun vasitəsiə Bakıya göndərmək olardı?

Və  2008-2009-ci illər hadisələri barədə:

1. Əgər Azərbaycan hüquq-mühafizə orqanları 5-6 il əvvəl R.Mirqədirovun “xəyanəti” haqqında bilirdisə, niyə onun uzun müddət mənə maneəsiz olaraq dövlər sirrini ötürməsinə imkan verirdilər?

2.Əgər hüquq-mühafizə orqanları R.Mirqədirovun “xəyanəti” haqda onun saxlandığı ərəfədə bilirdisə,  niyə 2009-cu il fevral tarixli qeydlər Azərbaycana indi göndərilib?

3. Əgər R.Mirqədirov dövlət sirri daşıyıcısıdırsa, niyə Azərbaycan hakimiyyəti onun ölkədən çıxmasına və bir neçə il Türkiyədə yaşamasına icazə verib?

Ana səhifəXəbərlərLaura Bağdasaryan danışdı: “İttihamlar cəfəngiyyatdır”