Lənkəranda balıqçıların itkin düşdüyü bildirilir

Foto: arxiv

Hazırda onların axtarışları davam etdirilir

Lənkəranda balıqçıların itkin düşdüyü bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Lənkəranın Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov yanvarın 13-də səhər saatlarında dənizə çıxıblar.

Bütün gün ərzində onlardan xəbər çıxmayandan sonra onların itkin düşməsi barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumat verilib.

Nazirliyin məlumatında deyilir ki, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşların axtarışları davam etdirilir.

Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal edilir.

Ana səhifəBölgəLənkəranda balıqçıların itkin düşdüyü bildirilir