Kuryerlərin istismara qarşı mücadiləsi

Pandemiya ilə birlikdə Azərbaycanda da daşıma xidməti inkişaf etdi. Ölkədəki çatdırılma şirkətləri bir- birinin ardınca populyarlaşdı. Hamının virusdan qorunmaq üçün evlərə sığındığı günlərdə bir sıra gənclər işə girişdilər.

İndilərdə isə o gənclərin etiraz səsləri eşidilir. “Wolt”, “Bolt Food” kuryerləri xidmət haqlarının azaldılmasından narazıdırlar. 

Kuryerlər dəfələrlə etiraz yürüşləri keçirsələr də, tələblərini şirkətlərə qəbul etdirə bilmirlər. Bəs hüquq onlar üçün nə deyir?

İşə götürənlər sığorta, vergi ödənişləri, işçi qarşısında öhdəliklərdən qaçmaq üçün əmək müqaviləsindən yayınır. Xidməti müqavilə zamanı isə bütün ödənişlər işçinin cibindən çıxır, yəni şirkət heç bir pul ödəmir.

İşçi ilə işəgötürən arasındakı münasibətlərə nəzarət Dövlət Əmək Müfəttişliyi üzərinə düşsə də, qurumdan bildirilib ki, onların məsələni araşdırması üçün müraciət daxil olmalıdır.

İşçi birliklərinin etirazı, kütləvi tətillər, şirkətlər qarşısında qaldırılan tələblər və qalibiyyət. Bütün bunlar Azərbaycanda az-az müşahidə olunur. Kuryerlər bunun səbəbini iş fürsətlərinin olmamasında görürlər.

Ana səhifəVideoKuryerlərin istismara qarşı mücadiləsi