“Bayrağın hansı səbəbdən və kim tərəfindən yandırılmasının məlum deyil”
Oktyabrın 13-də Kürdəmir rayonun Dövlət Bayraq Meydanında naməlum səbəbdən bayrağımız yanıb. Məlumatı Brifinq.com saytı yayıb. xəbər verir.
Hadisənin günorta saatlarında baş verdiyini xəbər verən sayt bildirir ki, bayrağın yanması nəticəsində yaranan hisdən bayraq dirəyinin də bir hissəsi qaralıb.
“Dərhal əraziyə çox sayda polis əməkdaşı cəlb edilib. Eyni zamanda, hadisə yerinə gələn Kürdəmir rayon icra hakimiyyətinin əməkdaşları bayraq meydanında yanğının fəsadlarını aradan qaldrımağa çalışıb”,-deyə məlumatda bildirilir.
Hələki bayrağın hansı səbəbdən və kim tərəfindən yandırılmasının məlum olmadığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.