Kristofer Smit Əliabbas Rüstəmovun həbsini diqqətdə saxlayacaq

“Müzakirə zamanı Kristofer Smit Əliabbas Rüstəmovun həbsinin motivi və ona qarşı irəlü sürülən ittihamla maraqlandı”

Source:

“Müzakirə zamanı Kristofer Smit Əliabbas Rüstəmovun həbsinin motivi və ona qarşı irəlü sürülən ittihamla maraqlandı”

İyunun 28-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və sonradan barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən vəkil Əliabbas Rüstəmovun məsələsi ABŞ-ın Helsinki Komissiyasının həmsədri, respublikaçı konqresmen Kristofer Smitlə müzakirə edilib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Samir Kazımlı Meydan TV-yə  deyib ki, Kristofer Smitlə görüş zamanı Əliabbas Rüstəmovun həbsi məsələsinə də toxunulub: “Kristofer Smitlə söhbət zamanı vəkil Əliabbas Rüstəmovun Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədlinin QHT-lərə Dövlət Dəstəyi Şurasına, Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə qarşı iddiasının hazırlanmasında yaxından iştirak etdiyini bildirib: “Müzakirə zamanı Kristofer Smit Əliabbas Rüstəmovun həbsinin motivi və ona qarşı irəlü sürülən ittihamla maraqlandı. Əliabbas müəllimin Anar Məmmədlinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində yuxarıda adları çəkilən qurumlara qarşı iddiasının hazırlanmasında iştirak etdiyini dedim. Bundan əlavə Əliabbas müəllimin ölkədəki korrupsiya ilə bağlı mətbuatda açıqlamalar verdiyini, həmçinin prezident İlham Əliyevə mətbuat vasitəsi ilə müraciətini qonağın diqqətinə çatdırdım”.

Kristofer Smit digər siyasi məhbuslar kimi, Ə.Rüstəmovun məsələsini də diqqətdə saxlayacağını deyib.

Ana səhifəXəbərlərKristofer Smit Əliabbas Rüstəmovun həbsini diqqətdə saxlayacaq