Krım platforması sammitində Rusiya işğalçı ölkə kimi tanındı

Zelenski Moskvaya yarımadanın işğaldan azad olunmasını təklif etdi

Source: пресс-служба президента Украины

Məqalə

"Novosti Donbassa"

saytında dərc olunub



Zelenski Moskvaya yarımadanın işğaldan azad olunmasını təklif etdi

Krım platformasının təsis sammitinin yekunlarına əsasən, Rusiya beynəlxalq səviyyədə işğalçı dövlət hesab edilib. Bu barədə prezident Vladimir Zelenski bəyan edib.

«Rusiya ilk dəfədir beynəlxalq səviyyədə işğalçı dövlət elan olunur. Və beynəlxalq humanitar hüququn normalarına uyğun olaraq o, müvəqqəti işğal olunmuş Krım yarımadasında insan haqlarının pozulmasını dərhal dayandırmalı və Krıma beynəlxalq və humanitar təşkilatların maneəsiz girişini təmin etməlidir», – Zelenski Krım platformasının təsis sammitindən sonra söyləyib.

O qeyd edib ki, sammitin yekunlarına əsasən, bütün iştirakçılar tərəfindən Krım platforması bəyannaməsi qəbul olunub.

«Bəyannamə Krımın Rusiya tərəfindən qanunsuz anneksiyasının tanınmadığını, aqressiyanın davam edəcəyi təqdirdə Rusiyaya münasibətdə əlavə siyasi, diplomatik məhdudlaşdırıcı sanksiyaların tətbiqini gözdən keçirmək öhdəliyini təsbit edir», -prezident qeyd edib.

Sammitin keçirilməsinə Rusiya tərəfinin reaksiyasını şərh edərkən Zelenski yarımadanın işğaldan azad olunması üçün addımları hazırlamaq məqsədilə Moskvaya Krım platformasına qoşulmağı təklif edib.

«Əgər bu meydança Rusiyanı belə maraqlandırırsa, biz onları Krımın işğaldan azad olunması yollarını birlikdə işləyib-hazırlamaq və tarixi səhvi düzəltmək üçün Krım platformasına qoşulmağa dəvət edirik, -Zelenski deyib.

O bildirib ki, Krım platformasının bəyannaməsində Rusiyanın imzası üçün də yer var. «Bu imza böyük ehtimalla Krım platformasının Yaltadakı sammitində sonuncu imza olacaq», -Zelenski yekunlaşdırıb.

Krım platformasının təsis sammitində 46 ölkə və beynəlxalq təşkilat iştirak edib.

Kremldə Krım platforması sammitini «Rusiya əleyhinə tədbir» adlandırıblar.

Ana səhifəDünyaKrım platforması sammitində Rusiya işğalçı ölkə kimi tanındı