Rəyi soruşulan “xarici agentlər”in yalnız 14 faizi Rusiyadan getməyəcəyini deyib
Rusiya hökumətinin “xarici agent” kimi tanıdığı 75 Kütləvi İnformasiya Vasitəsi (KİV) nümayəndələrindən bəziləri xaricə gedib.
Söhbət hökumətin adını “Rosfinmonitorinq” reyestrinə daxil etdiyi KİV nümayəndələrindən gedir.
BBC-nin Rusiya Xidməti yazır ki, hələ ölkəni tərk etməmiş və adı siyahıda olanların qalanı da yaxın gələcəkdə bunu etməyi planlaşdırır.
Media qeyd edir ki, hesablamalar “xarici agentlərin” ən azı 43 faizinin mühacirət yolunu seçdiyini göstərir. Üstəlik, KİV-in “xarici agent” siyahısından daha 14 nəfər hələ siyahıya daxil edilməmişdən əvvəl xaricdə yaşayırmış.
Yanvarın 25-də hazırda həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnı və onun bir neçə müttəfiqi də həmin “terrorçu və ekstremistlər” siyahısına əlavə edilib.
Siyahıya daxil edilənlər Lyubov Sobol, Vyaçeslav Qimadi, Georgi Alburov, Liliya Çanışeva və Ruslan Şavəddinovdur.
Adıçəkilən şəxslər sağ millətçi qruplarla eyni siyahıya salınıb.
Burada həmçinin Taliban və İslam Dövləti kimi xarici terror təşkilatları yer alıb.
Bu addım Navalnının siyasi şəbəkəsi və daha geniş şəkildə vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyaların növbəti dalğası kimi qiymətləndirilir.
Yanvarın əvvəllərində isə Navalnının daha iki yaxın adamı Leonid Volkov və İvan Jdanov da siyahıya əlavə edilib.
BBC-nin Rusiya Xidməti bildirib ki, fiziki şəxslər 2020-ci ilin dekabrından KİV-in reyestrinə “xarici agent” kimi daxil edilməyə başlanıb.
Rusiyada ümumilikdə bir neçə “xarici agent” reyestrləri var, lakin fiziki şəxslər – ölkə vətəndaşları indi onlardan yalnız birinə, KİV-lərin reyestrinə – “xarici agentlər”ə daxil edilib.
Bu status şəxslərin üzərinə bir çox öhdəlik qoyur – hüquqi şəxs yaradılmalı, gəlirlər və xərclər barədə məcburi hesabat verilməli, bütün nəşrlərin, hətta sosial şəbəkələrdəki şəxsi hesablarda qeydlərin üzərinə belə “xarici agent” statusu haqda xüsusi qeyd əlavə edilməlidir.
BBC siyahıda kimin olması ilə bağlı digər statistik məlumatlara da istinad edir.
Siyahıya 32 moskvalı, 13 peterburqlu, 5 Kazan sakini, həmçinin Vladivostok, Samara, Pskov və digər 16 şəhərin yerli sakinləri daxil edilib.
Siyahıdakı əksəriyyət (75 nəfərdən 41-i) rusiyalı jurnalistlərdir. Onların demək olar ki, yarısı sonda Rusiyanı tərk etməli olub.
Onlardan adının açıqlanmasını istəməyən biri qərarını belə izah edib: ““Xarici qurum” sonda cinayət təqibinə yol aça bilər. Sözügedən qanunun bəzi normaları aydın ifadə edilmədiyindən onların pozulması ehtimalı var”.
Reyestrə salınanlardan 10-dan artıq jurnalist ya keçmişdə, ya da hazırda Azadlıq Radiosu, korporasiyanın müxtəlif layihələri ilə əməkdaşlıq ediblər. AzadAvropa/AzadlıqRadiosu “xarici agent” reyestrinə ilk salınanlardandır.
Ədliyyə Nazirliyi “Qolos” seçicilərin hüquqlarını müdafiə hərəkatının 20 koordinatoru və şura üzvünü də “xarici agent” siyahısına əlavə edib. Üstəlik, ictimai hərəkatın özü də siyahıdadır.
Reyestrdə 14 vəkil, hüquq-müdafiəçisi və rəssam, eləcə də İvan Povlov, yazıçı Viktor Şenderoviç, qalereyaçı Marat Gelman da var. Onlar da Rusiyadan kənarda yaşayırlar.
Rəyi soruşulan “xarici agentlər”in yalnız 14 faizi heç bir halda Rusiyadan getməyəcəyini deyib. Məsələn, reyestrə adı salınmış ilk Rusiya vətəndaşı, hüquq-müdafiəçisi Lev Ponomaryov ölkədən çıxmağı planlaşdırmır.
Siyahıda adı olanlardan Aleksey Navalni ötən il Moskva Şəhər Məhkəməsi ilə əlaqəli bütün təşkilatları “ekstremist” elan edib.
Onun təşkilatları ilə bağlı qərarda deyilir ki, onlarla işləmiş fəalları uzunmüddətli həbs cəzası gözləyir.
Navalnının zəhərlənməsinin səbəblərini araşdıran və onun korrupsiya araşdırmalarına istinad edən jurnalistlərə “xarici agent” damğası vurulub.
Navalnı 2021-ci ilin fevralında tez zamanda mühakimə olunduqdan sonra həbs edilib.
O, Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.
Onun barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3.5 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılmışdı.
O, kimyəvi maddə ilə zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.
Kreml Navalnının zəhərlənməsində hər hansı rolunun olmadığını bildirib.