Kreml kimyəvi silah istehsal etmədiyini deyir

OPCW-nın tapıntıları Navalnının müalicə aldığı Almaniyanın gəldiyi nəticələri təsdiqləyir.

Source:


OPCW-nın tapıntıları Navalnının müalicə aldığı Almaniyanın gəldiyi nəticələri təsdiqləyir

Kreml çərşənbə günü Rusiyanın heç bir kimyəvi silah istehsal etmədiyini və istehsalını qadağan edən beynəlxalq silah nəzarəti müqaviləsi üzərindəki öhdəliklərə tam əməl etdiyini deyib, – “Reuters” xəbər verir.

Kremlin sözcüsü Dmitri Peskovun bəyanatı Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (OPCW) Kremlin tənqidçisi Aleksey Navalnının qan nümunələrində qadağan olunmuş “Noviçok” sinir agenti olduğunu qeyd etdikdən sonra verilib.

OPCW-nın tapıntıları Navalnının müalicə aldığı Almaniyanın gəldiyi nəticələri təsdiqləyir.

Peskov bildirib ki, Rusiya hələ qurumdan Navalnının işi ilə bağlı rəsmi məlumat almayıb. Qərb Rusiyadan Navalnının zəhərlənməsi ilə bağlı açıqlama tələb edir. Moskva bu iddiaları rədd edir.

Ana səhifəDünyaKreml kimyəvi silah istehsal etmədiyini deyir