“Koronavirusla bağlı məhdudiyyətlərdən müxalifətə qarşı sui-istifadə edilir”

“Human Rights Watch” bildirib ki, martın 22-dən bəri saxlanmış yeddi hökumət tənqidçisinin ailə üzvləri və vəkilləri ilə danışıb, məhkəmə sənədlərini gözdən keçirib.

Source:


Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini tənqid edib

Beynəlxalq insan hüquqları müdafiə təşkilatları Azərbaycan hakimiyyətini koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən müxalifətə qarşı repressiya kimi istifadəni tənqid edib.



Turan

” IA-nin məlumatına görə, “Human Rights Watch” təşkilatının bəyanatında Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün tətbiq olunan məhdudiyyətlərdən müxalifət fəallarının həbsi və hökumət tənqidçilərinin susdurulması üçün sui-istifadə edildiyi bildirilib.

Qurum hakimiyyətin azı altı fəalı və müxalifyönlü jurnalisti karantin qaydalarını pozmaq və polisin göstərişlərinə əməl etməmək kimi saxta ittihamlarla 10 sutkadan 30 sutkaya həbsə məhkum etdiyini deyib.

Bəyanatda qeyd olunur ki, saxlananların demək olar hamısı hökumətin nəzarətində olan karantin mərkəzlərindəki şəraiti, hökumətin pandemiyadan əziyyət çəkənlərə adekvat kompensasiya verə bilməməsini tənqid edib.

Təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia deyib ki, bu həbslər Azərbaycanda çoxdankı qisasçılıq ənənəsinə tam uyğun gəlir.

“Hakimiyyət ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyətdən, legitim çıxışı cəzalandırmağa bəhanə kimi istifadəni dayandırmalıdır”.

“Human Rights Watch” bildirib ki, martın 22-dən bəri saxlanmış yeddi hökumət tənqidçisinin ailə üzvləri və vəkilləri ilə danışıb, məhkəmə sənədlərini gözdən keçirib. Qurum həbslərdən öncə Prezident İlham Əliyevin pandemiyaya qarşı tədbirlərdən müxalifətə qarşı istifadə olunacağını ehtiva edən sözlərini yada salıb.

Təşkilat hesab edir ki, bu, hökumətin azad sözə və siyasi tənqidçilərə nifrətinin daha bir göstəricisidir.

Digər hüquq müdafiə təşkilatı olan “Amnesty International” aprelin 16-da illik icmal açıqlayıb.

İcmalda qeyd olunub ki, Şərqi Avropa və Orta Asiyada bir çox hökumətlər insan haqlarına qarşı “irimiqyaslı hücum” gerçəkləşdirib, etirazları, ifadə azadlığı və vətəndaş cəmiyyətini boğmaqdan ötrü qəddar taktikaya və alətlərə əl atıb. Hesabatda vurğulanıb ki, insan hüquqları müdafiəçiləri, jurnalistlər, qeyri-hökumət təşkilatları və etirazçılar 2019-cu ildə artan təzyiqlə üzləşməsinə baxmayaraq, dinc etirazçılar getdikcə daha sıx birləşərək hökumətlərindən hesabat tələb edirlər.

Qurum Belarusd, Qazaxıstan, Azərbaycanda hökumətlərin koronavirusun yayılmasını önləməkdən ötrü fövqəladə tədbirlər, genişmiqyaslı qadağalar tətbiq etdiyini bildirir. Amma bütün bu tədbirlərin insan haqlarını daha da boğacağı sarıdan əndişələr var.

“Regiondakı hökumətlər pandemiyadan yararlanaraq adamları repressiya etməyə yeni yollar ixtira etməyiblər, özlərinin təkmil metodlarından istifadəni sürətləndiriblər”, – o vurğulayıb.

Hesabatın Azərbaycanda aid hissəsində bildirilib ki, 2019-cu ildə Bakıda dinc etirazçılar siyasi narazıların qəddar repressiyasına qarşı cəsarət sərgiləyib, qadınlar məişət zorakılığına son qoymaqdan ötrü hesabatlılıq və səmərəli tədbirlər tələb edib.

“Amnesty International” Azərbaycanda insan haqlarının durumunun ürəkaçan olmadığı, hökumətdən narazılara qarşı sərt qadağalara əl atıldığı bildirilir.

Prezident İlham Əliyev martın 19-da Novruz Bayramı ilə əlaqədar çıxışında deyib:

“Nə vaxtsa fövqəladə vəziyyət elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər”.

Aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə isə İlham Əliyev AXCP və Müsavatı düşmən adlandırıb:

“Koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var – düşmən. Hər kəs bunları belə də çağırmalıdır”, – İlham Əliyev deyib.

Ana səhifəSiyasət“Koronavirusla bağlı məhdudiyyətlərdən müxalifətə qarşı sui-istifadə edilir”