Dövlət İmtahan Mərkəzi yeni tarix müəyyən edəcək
Koronavirus infeksiyasının yaratdığı təhlükə ilə bağlı martın 9-da keçirilməsi olan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.
Məlumatı
Dövlət İmtahan Mərkəzi
yayıb.
Bildirilib ki, imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.
Eyni zamanda, həmin günə planlaşdırılan doqquzillik orta təhsil bazasında buraxılış imtahanları eyni səbəbdən ləğv edilib.
İmtahanlar martın 9-da Gəncə, Şəki, Lənkəran və Sumqayıtda, eləcə də ölkənin 23 rayonunda keçirilməli idi.
DİM-in 3 mart tarixli məlumatında deyilir ki, imtahan qeyri-müəyyən vaxta təxirə salınıb. Yeni tarix imtahanlardan bir həftə öncə müəyyənləşdiriləcək.
Martın 2-də
Nazirlər Kabineti
yanında yaradılan Operativ Qərargah ölkə ərazisində bütün təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib. İlk dərs günü martın 10-a təyin edilib.