Koreyadan Azərbaycana vaksin gətirilib

Viktor Qasımov həmçinin qeyd edib ki, Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var və ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur

Source: Meydan TV


Nazir müavini: "432 000 doza vaksinin Azərbaycana idxalı nəzərdə tutulub"

Cənubi Koreyadan Azərbaycana COVID-19 vaksinlərin ilk partiyası gətirilib.

“AztraZeneca” şirkətinin istehsal etdiyi 84 min doza peyvəndin effektiv olacağı gözlənilir.

Səhiyyə Nazirinin müvini Viktor Qasımov mayın sonunadək ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycana idxalının nəzərdə tutulduğunu bildirib.

Nazir müavinin sözlərinə görə, xəstəliklə mübarizədə effektiv üsul peyvəndləmədir və bunun üçün ölkəyə peyvənd gətirilməlidir: “Əhali nə qədər tez peyvənd olunsa, kollektiv immunitet yaransa, biz bu COVID-19 bəlasından o qədər tez xilas olacağıq”.

Viktor Qasımov həmçinin qeyd edib ki, Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var və ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur: “Yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.

Ana səhifəSağlıqKoreyadan Azərbaycana vaksin gətirilib