Maliyyə naziri Samir Şərifov parlamentin komitə iclasında kommunal xidmət tariflərinin artırılmasını təklif edib. O, qiymət artımına “fövqəladə hal kimi baxmaq lazım deyil” deyə münasibət bildirib. Nazir deyib ki,”Azərbaycanda sonuncu dəfə kommunal xərclər 2007-ci ildə artırılıb. Bu illər ərzində minimum əmək haqqının sosial bazası 2,6 dəfə, minimal pensiyaların sosial bazası isə 2,5 dəfə artıb”.
Bəs vətəndaşlar necə düşünür? Kommunal xidmətlərin qiyməti artsa, bu, onların yaşayışına necə təsir edəcək?
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 8 Noyabr 2013 18:07