Kiyev pilotsuz təyyarələrlə hücuma məruz qalıb

Foto: Kiyev vilayətinin Fövqəladə Hallar Xidməti

Bu, son 73 gündə ilk belə hücumdur

Noyabrın 13-də səhər saatlarında rus qoşunları pilotsuz təyyarələr, qanadlı raketlər və ballistik raketlərdən istifadə etməklə Kiyevə hücum ediblər. Bu, son 73 gündə ilk belə hücum idi.

Bu barədə Kiyev Şəhər Hərbi İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, paytaxta hava hücumu 2 saatdan çox davam edib. Əvvəlcə şərqdən pilotsuz təyyarələr görünüb. Sonra qanadlı raketlər artıq Kiyev vilayəti istiqamətində uçub.
Onlar yaxınlaşanda da Rusiya qoşunları Kiyevi ballistik raketlərlə vurub, sonra yenidən pilotsuz təyyarələrlə hücuma keçiblər. Yerli “Telegram” kanalları Rusiya pilotsuz təyyarələrinin şəhərin üzərində uçmasını əks etdirən video yayımlayıb.

Foto: Kiyev vilayətinin Fövqəladə Hallar Xidməti

Hücumun havadan buraxılan qanadlı raketlər, KN-23/KN-24/İskəndər-M ballistik raketləri və Şahed/Geranium/Gerbera/Parodi tipli pilotsuz təyyarələri ilə həyata keçirildiyi ehtimal edilir. Hava hücumundan müdafiə vasitələri bir neçə qanadlı və ballistik raketləri, ona yaxın pilotsuz uçan aparat məhv edib.

Kiyevdə dağıntılar və qurbanlar barədə məlumat yoxdu. Bununla belə, göydə vurulmuş təyyarələrin qalıqlarının altında qalan 48 yaşlı kişinin xəsarət aldığı deyilir.

Ana səhifəUncategorized @azKiyev pilotsuz təyyarələrlə hücuma məruz qalıb