KİV: Tramp Rusiya ilə Ukrayna arasında 28 bəndlik “sülh planını” təsdiqləyib

Donald Tramp. İllüsrasiya: Meydan TV

Bir sıra Qərb mediası ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya və Ukrayna arasındakı münaqişənin dayandırılması məqsədilə yeni sülh planını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Hazırda sənədin mövcudluğu və ya təsdiqlənməsi ilə bağlı rəsmi açıqlama yoxdur.

“The Guardian”ın məlumatına görə, layihə 28 bənddən ibarətdir və Ukraynanın müəyyən əraziləri təhvil verməsi, Silahlı Qüvvələrin məhdudlaşdırılması və Qərb silah tədarükünə nəzarət kimi təklifləri ehtiva edir. Bildirilir ki, sənəd ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə hazırlanıb.

Almaniyanın “Welt” nəşri yazır ki, layihə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiyanın hökumət müşaviri Kirill Dmitriyev arasında keçirilən qapalı müzakirələr zamanı formalaşdırılıb.

Aİ ölkələrinin xarici işlər nazirləri bildiriblər ki, layihənin mətnini görməyiblər və hər hansı sülh təşəbbüsünün Ukrayna və Avropa tərəfdaşları ilə razılaşdırılmasının vacibliyini vurğulayıblar.

Digər nəşrlər Avropanın vəziyyəti yaxından izlədiyini və ABŞ-dan rəsmi açıqlamalar gözlədiyini qeyd edir.

Hazırda nə Ağ Ev, nə də ABŞ Dövlət Departamenti layihə ilə bağlı məlumatları şərh edir. Ukrayna rəsmiləri də sənəddəki ehtimal olunan müddəalara dair rəy bildirməyiblər.

Ana səhifəXəbərlərKİV: Tramp Rusiya ilə Ukrayna arasında 28 bəndlik “sülh planını” təsdiqləyib