Vergi Məcəlləsinə olan dəyişikliyə görə, kitabların üzərindən 18% əlavə dəyər vergisi götürülüb. Ancaq bu qanun kağız üzərində qalıb. “Qanun” Nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu kitab adamları ilə birgə toplantıda deyib ki, kağızın idxalı və satışı zamanı onlar əlavə dəyər vergisini ödəməli olur.
Vergilər Nazirliyindən sahibkarlara bildirilib ki, qanunun tətbiq olunması üçün Nazirlər Kabineti tərəfindən siyahı hazırlanır. Siyahının məzmunu isə açıqlanmayıb.
“Qanun” və “Ali və Nino” ilə yanaşı, “LİBRAFF” mağazalar şəbəkəsindən aldığımız məlumata görə onlar da əlavə dəyər vergisini ödəyir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzindən isə bildirilib ki, qanun qüvvəyə minən tarixdən – 1 yanvar onlar əlavə dəyər vergisindən azaddır.