Kimya üzrə “Nobel” mükafatı laureatları açıqlanıb

Mənbə: İsveç Kral Elmlər Akademiyası

Onlar “klik kimyası və bioortoqonal kimyanın inkişafına görə” görə mükafatlandırılıblar

2022-ci il “Nobel həftəsi” çərçivəsində kimya üzrə mükafatın laureatları açıqlanıb.

İsveç Kral Elmlər Akademiyası 2022-ci il kimya üzrə “Nobel” mükafatını “klik kimyası və bioortoqonal kimyanın inkişafına görə” Karolin Bertozzi (ABŞ), Morten Meldal (Danimarka) və Barri Şarplessə (ABŞ) vermək qərarına gəlib.

Oktyabrın 6-da ədəbiyyat, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə “Nobel” mükafatlarının laureatları açıqlanacaq.

2022-ci ilin ilk “Nobel” mükafatı laureatı “Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo ilk qalib olub.

Fizika üzrə mükafatın laureatları isə fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer və avstriyalı fizik Anton Tsaylinger olub.

“Nobel həftəsi” oktyabrın 3-dən 10-dək keçiriləcək.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

Ana səhifəMədəniyyətKimya üzrə “Nobel” mükafatı laureatları açıqlanıb