“Keyfiyyəti artırmaq üçün qiymət artımına getmək doğru deyil”

Həm də ətraf mühiti çirkləndirmə səviyyəsini aşağı salınmasını istəyirik

Source: meydan tv


Avtomobillərin texniki baxışdan keçirilməsinə görə rüsumlar artırılır

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir. Təklifdə avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması istənir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov hazırda avtonəqliyyat vasitələrinə texniki baxış sistemini təkmilləşdirməklə məşğuldurlar. Məqsəd istismara yararsız, nasaz vəziyyətdə olan avtomobillərin törətdiyi qəzaların sayını azaltmaqdır:

“Həm də ətraf mühiti çirkləndirmə səviyyəsini aşağı salınmasını istəyirik. Bundan əlavə, nəqliyyat vasitələrinin yanacaq sərfiyyatının, akustik səs effektinin azaldılması və baxımlı nəqliyyat vasitələrinə nail olunması, daha keyfiyyətli avtomobil parkının yaradılması hədəflənir. Ən başlıcası texniki baxışı operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında təşkil etməklə vətəndaş məmnunluğunun təmin olunmasıdır”.

O ki qaldı texniki baxış üçün nəzərdə tutulan dövlət rüsumuna, Ehsan Zahidov deyib ki, təklif olunan 30 manat (17 ABŞ dolları) rüsum bir sıra dövlətlərdəki analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır:

“Məsələn, Avropa ölkələrində texniki baxış üçün rüsum təxminən 150, qonşu Gürcüstanda isə hətta 20 ABŞ dollarıdır. Müasir avadanlıqlar və müayinə sistemləri ilə təchiz edilmiş yeni Texniki Baxış mərkəzləri üçün planlaşdırdığımız tədbirlər sırasında bu qurumlarda vətəndaş axınının idarə olunması, onları qarşılama, dinləmə, izah etmə, bir sözlə, vətəndaş məmnunluğuna xidmət edəcək digər vacib məsələlərin həlli də nəzərdə tutulub”.

Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, texniki baxışla bağlı keyfiyyəti artırmaq üçün qiymət artımına getmək doğru deyil. Düzdür, 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda texniki baxış məsələsinin yaxşılaşdırılması üçün bəzi tədbirlər nəzərdə tutulmuşdu:

“Məsələn, deyilirdi ki, texniki baxışla bağlı bəzi ciddi islahatları ehtiva edən əsas 4 tədbir nəzərdə tutulurdu. Bu 4 tədbirdən biri də texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi idi. Bu istiqamətdə qayda hazırlanmalı, işin həvalə olunacağı hüquqi şəxslərin və fərdi sahibkarların hüquqi məsuliyyətinin müəyyən edilməsi vacib sayılırdı”.

Ərşad Hüseynov
Ərşad Hüseynov

Ərşad Hüseynov deyir ki, həmin islahatlar içində olan daha bir məqam isə texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanmas idi. Ekspert hesab edir ki, bu da vacib məsələlərdəndir:

“Həmin qanunda texniki baxışın keyfiyyətini artırmaq üçün bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Və qeyd edilir ki, bu işlərin hamısı 2021-ci ilin sonunacan bitməlidir”.

Ana səhifəİqtisadiyyat“Keyfiyyəti artırmaq üçün qiymət artımına getmək doğru deyil”