”Kəndə qaz verdilər, amma bir neçə dəqiqəlik”

Tədbir keçirilib, xəbər yayılıb, amma mavi yanacaq verilməyib

Source:
Ucar rayonunun Əlikəndində qaz xətti
Ucar rayonunun Əlikəndində qaz xətti


Tədbir keçirilib, xəbər yayılıb, amma mavi yanacaq verilməyib

“2018-ci il dekabrın 25-də Ucar rayonunun Əlikənd və Ramal kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər”.

Bu cümlələr Ucar Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı bir məlumatda qeyd olunub. Bildirilib ki, ümumilikdə 321 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması başa çatıb, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Ancaq Meydan TV-yə Əlikənd sakinləri müraciət edib, onlar bildiriblər ki, həqiqətən də dekabrın 25-də dövlət qurumlarının və sakinlərin iştirakı ilə kəndə mavi yanacağın verilişi münasibətilə tədbir keçirilib. Ancaq mavi yanacaq kəndin girişindəki bir evə verilib, o da bir neçə dəqiqəliyə.

Ucar Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, qaz xətlərində texniki nasazlıq var, onlar aradan qaldırıldıqdan sonra kəndə qaz veriləcək.

Ana səhifəBölgə”Kəndə qaz verdilər, amma bir neçə dəqiqəlik”