Kardioloq: “COVID-19-dan ölənlərin üçdə biri ürək xəstələridir”

Foto: Meydan TV

“Virus əsasən damarların tutulmasına səbəb olur”

“COVID-19 infeksiyası nəticəsində baş verən ölümlərin üçdə biri ürək xəstəlikləri ilə əlaqədardır”.

Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu belə deyib.

Bildirib ki, yeni növ koronavirus tənəffüs yollarının xəstəliyi kimi görülsə də, ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsində baş verir:

“Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır. COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər”.

“Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür”, – o, belə deyib.

Kardioloqun sözlərinə görə, ürək çatışmazlığı, ürək xəstəlikləri olan insanlar COVID-19 infeksiyasına yoluxanda prosesi daha ağır keçirir:

“Çünki virus ürək əzələsinin iltihabına səbəb olur. Bu iltihaba bağlı olaraq bütün əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Bir əsas zədələnmə də ürəkdə ciddi aritmiyalara səbəb olur ki, xəstədə mədəcik mənşəli döyüntü pozğunluğu yaranır. Bu da ürək dayanmasına qədər gətirib çıxarır.

Ana səhifəSağlıqKardioloq: “COVID-19-dan ölənlərin üçdə biri ürək xəstələridir”