”Kanalizasiya idarəsinin səhvindən, evlərimiz su altında qalıb”

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Lətif Sultanov 133 ünvanında yerləşən Əlvan metaləritmə zavodunun həyətində məskunlaşmış məcburi köçkünlərin evlərini su basıb.

Onlar 3 gündür ki, qonşu və qohumların evlərinə sığınmağa məcbur qalıblar. Sakinlər aidiyyəti qurumların laqeydliyindən şikayət edirlər.

Onlar deyirlər ki, evlərinə böyük məbləğdə zərər dəyib. Problem günlərdir həll edilmir və sakinlər hələ nə qədər küçələrdə qalacaqlarını bilmirlər.

Ana səhifəVideo”Kanalizasiya idarəsinin səhvindən, evlərimiz su altında qalıb”