Jurnalistləri Müdafiə Komitəsi Xalid Qarayevin həbsini pisləyib

“Azərbaycan hökuməti dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələrin “klubu”nda üzvlüyünü möhkəmləndirir”

Source:


“Azərbaycan hökuməti dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələrin “klubu”nda üzvlüyünü möhkəmləndirir”

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Azadlıq» qəzetinin müxbiri və “Azərbaycan saatı” on-line televiziya proqramının texniki direktoru

Xalid Qarayev


in


həbs olunmasını pisləyən bəyanat yayıb

.

Bəyanatda  qeyd olunur, hakimiyyəti tənqid edən «Azərbaycan saatı» proqramı

bir neçə aydır hədəfə alınıb

. Bundan əvvəl aparıcı Seymur Həziyev həbs olunub. İkinci aparıcı Natiq Ədilov isə qardaşının həbsindən sonra ölkəni tərk etməli olub.

“Azərbaycan hökuməti dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələrin “klubu”nda üzvlüyünü möhkəmləndirir. Biz hakimiyyəti Xalid Qarayevi azadlığa buraxmağa, jurnalistləri və hökumət tənqidçilərini susdurmaq cəhdini dayandırmağa çağırırıq”, – qurumun Avropa və Orta Asiya üzrə tədqiqatçısı

Müzəffər Süleymanov

 bildirib.

CPJ xatırladır ki, oktyabrda beynəlxalq mətbuat azadlığı qrupları koalisiyası Avropa Şurası üzvlərinə məktub göndərərək Avropa ölkələrini  Azərbaycandan jurnalistlər və hüquq müdafiəçilərinə qarşı repressiyanın hesabını sormağa çağırıb.

Ana səhifəXəbərlərJurnalistləri Müdafiə Komitəsi Xalid Qarayevin həbsini pisləyib