Jurnalistlərə təzyiqlə bağlı çağırış edildi

Senator Rocer Viker bildirib ki, bütün dünyada jurnalistlər həqiqəti söyləmək üçün öz təhlükəsizliyini, bəziləri isə hətta həyatını riskə atırlar

Source: Foto: arxiv


“Rusiya, Azərbaycan və Macarıstanda COVID-19 pandemiyası haqqında mühüm məlumat dərc edənləri cinayət məsuliyyətinə cəlb edirlər”

ABŞ Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Alsi L.Hastinqs və Komissiyanın həmsədri senator Rocer Viker 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində bəyanatla çıxış ediblər.

Onlar təəssüfləniblər ki, jurnalistlər bütün ATƏT regionunda həbsxanadadır, Rusiya, Azərbaycan və Macarıstan kimi ölkələr COVID-19 pandemiyası haqqında mühüm məlumat dərc edənləri cinayət məsuliyyətinə cəlb edirlər.

Bu barədə məlumatı “Turan” İA yayıb.

Bəyanatda qeyd olunub ki, müstəqil KİV guya yalan, ictimaiyyəti çaşdıran və ya qeyri-rəsmi məlumatlara görə cəza adı altında hücumlara məruz qalır.

Senator Rocer Viker bildirib ki, bütün dünyada jurnalistlər həqiqəti söyləmək üçün öz təhlükəsizliyini, bəziləri isə hətta həyatını riskə atırlar:

“Ümumdünya Mətbuat Azadlığı Günündə demokratiyanın təməl daşı olan və istənilən sağlam cəmiyyətdə daima qorunmalı olan azadlığa hörmətlə yanaşırıq. İndi heç vaxt olmadığı kimi bütün ATƏT dövlətlərini bu fundamental azadlığı dəstəkləməyə çağırıram”.

Jurnalistləri Müdafiə Komitəsinin son məlumatlarına görə, dünyada 250 jurnalist öz işinə görə həbs edilib, 64 jurnalist itkin düşüb, 1992-ci ildən bu yana 1339 jurnalist öldürülüb.

Ana səhifəSiyasətJurnalistlərə təzyiqlə bağlı çağırış edildi