“Jurnalistlər yeni qanunla minalanmış sahəyə girir”

Kütləvi kommunikasiya vasitəsi ilə məlumatın toplanması və ictimaiyyətə yayılması ilə məşğul olan hər hansı fiziki və ya hüquqi şəxsə jurnalist deyilir. Avropa Şurası Nazirlər Komitəsinin qərarında.

Azərbaycanda yeni media qanun layihəsi isə jurnalistə yeni tərif verir. Qanun jurnalist hesab olunmaq üçün media reyestrindən keçməyi vacib sayır. Bəs media reyestrindən keçməyənləri nə gözləyir?

Media qanun layihəsinin ayaq səsləri eşidilən kimi jurnalist Səxavət Məmmədliyə 500 manat cərimə kəsilir. Jurnalist ordu haqqında yazdığı tənqidi məqalə ilə İnzibati Xətalar Məcəlləsinin (388-1.1.1-ci) internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə ittiham edilib. 

Milli Məclisdə ikinci oxunuşdan keçən qanun layihəsi haqqında Media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyir ki, layihə beynəlxalq qanunlara ziddir. Qanunvericilik texnikası, dil, mahiyyət baxımından da problemlidir.

Media Agentliyi jurnalistlərin azadlıqlarının məhdudlaşdırılması fikri ilə razılaşmır.

Media biliciləri deyir ki, qanun sosial şəbəkə istifadəçilərini də hədəfləyir, yəni əslində informasiya yayan hər kəsi. Siyasi fəal Bəxtiyar Hacıyevin fikrincə məlumat yaymaq üçün hər zaman alternativ yol tapılacaq.

Səxavət Məmmədli deyir ki, media haqqında qanun layihəsi son oxunuşla dəyişdirilmədən qəbul olunarsa jurnalistlər qadağalarla üzləşəcək.

Jurnalistlərsə qanun layihəsi ilə barışmaq fikrində deyillər. Bir qrup media nümayəndəsi Milli Məclisin qarşısında etiraz aksiyası keçirərək parlamenti qanunu qəbul etməməyə çağırıb.

Ana səhifəReportaj“Jurnalistlər yeni qanunla minalanmış sahəyə girir”