Jurnalistlər Aytən Məmmədovanın müdafiəsinə qalxdı

Jurnalist Aytən Məmmədovanın bıçaqla hücuma məruz qalması ilə bağlı mətbuat konfransı keçirilib. Hüquq müdafiəçiləri və jurnalistlər polisin hadisəni düzgün araşdırmasını, şəxsin müəyyən edilməsini tələb ediblər. 

Hüquq müdafiəçiləri deyir ki, ictimai fəalların və jurnalistlərin başlarına gətirilənlər tarixə qarışmamalıdır. Bu cinayətlər ortalığa çıxarılmalı və cinayətkarlar cəzalandırılmalıdır.

DİN-in məlumatına görə, jurnalist Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı CM-nin 134-cü maddəsi ilə  (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) cinayət işi başlanıb. Jurnalist səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb, ifadəsi alınıb.

Ana səhifəUncategorized @azJurnalistlər Aytən Məmmədovanın müdafiəsinə qalxdı