“Jurnalistlərdən sonra, problemini çəkib ictimailəşdirən vətəndaşlar da təzyiqə məruz qalacaq”

Bu gün jurnalist Ülviyyə Əli və ictimai fəal, Yoldaş Media-nın rəhbəri Əhməd Məmmədli həbs olundu. Beləliklə, 2 il əvvəl jurnalistlərə qarşı başlanan həbs dalğası davam edir. İctimai fəal və jurnalistlər baş verənləri şərh edir: “İlham Əliyev Putindən sonrakı dövrə hazırlaşır. Elə bu kütləvi repressiyalar da, məhz həmin dövrə hazırlıqdır”. “Müstəqil jurnalistlərdən sonra hakimiyyət vətəndaş jurnalistikasına keçəcək. Öz problemini çəkib ictimailəşdirənlər təzyiqlərə məruz qalacaq ki, hakimiyyətin də məqsədi sıravi vətəndaşları da susdurmaqdır”.

Ana səhifəVideo“Jurnalistlərdən sonra, problemini çəkib ictimailəşdirən vətəndaşlar da təzyiqə məruz qalacaq”