Jurnalistin ölümü ilə bağlı ilk məhkəmə hökmü çıxarılıb

Digər şübhəlilərin məhkəməsi 2020-ci ildə davam etdiriləcək

Source: ЕПА/БГНЕС

Slovakiyada araşdırmaçı-jurnalist Yan Kuçakın öldürülməsi ilə bağlı ilk məhkəmə hökmü çıxarılıb.

Xarici medianın məlumatına görə, ittiham edilən 5 nəfərdən biri olan Zoltan Andruşko 15 il azadlıqdan məhrum

edilib

.

Jurnalist Yan Kuçak və nişanlısı 2018-ci il fevralın 21-də qətlə yetiriliblər. Jurnalist Slovakiyanın hakim dairələrinin korrupsiya sxemləri barədə araşdırma aparıb və hökumətin iki üzvünün italyan mafia qrupu ilə əlaqələrini üzə çıxarıb. Hadisə kütləvi etirazlara səbəb olub və ölkənin Baş naziri Roberto Fitso istefa verib.

Qətlin hazırlanması və həyata keçirilməsində şübhəli bilinən daha dörd nəfərin məhkəməsi 2020-ci ildə davam edəcək. Onların arasında biznesmen Marian Kohner var. Onlar təqsirli bilinsələr ömürlük həbs cəzası ala bilərlər.

15 il həbs cəzası alan Zoltan Andruşko ittiham edilənlər arasında günahını etiraf edən yeganə şəxsdir. O, istintaqla əməkdaşlıq edib. Z.Andruşko prokurorluqla 10 il həbs cəzası müqabilində ifadə verməyə razı olub. Amma məhkəmə daha uzun müddətli həbs cəzası təyin edib. İttiham olunan qərarla razılaşıb.

Ana səhifəDünyaJurnalistin ölümü ilə bağlı ilk məhkəmə hökmü çıxarılıb