Jurnalistin həbs müddəti daha dörd ay artırıldı

Həyat yoldaşının sözlərinə görə, P.Aslanov haqqında həbs-qətimkan tədbirinin müddətinin artırılması məsələsinə Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyeva baxıb.

Source: Meydan TV


Məhkəmə qərarından apelyasiya şikayəti veriləcək

"Xeberman.com" saytının baş redaktoru Polad Aslanovun istintaq dövrü üçün həbsdə saxlanma müddəti daha dörd ay artırılıb. Bu barədə Meydan TV-yə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Həyat yoldaşının sözlərinə görə, P.Aslanov haqqında həbs-qətimkan tədbirinin müddətinin artırılması məsələsinə Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyeva baxıb. Qapalı keçirilən məhkəmə iclasında təqdimat təmin edilib. Jurnalist haqqında həbs-qətimkan tədbirinin müddəti fevralın 12-nə qədər uzadılıb.

"Əvvəlkilər kimi, bu qərar da qanunsuz və əsassızdır. Ondan apelyasiya şikayəti verəcəyik", – G.Aslanova bildirib.

P.Aslanov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. Həyat yoldaşının sözlərinə görə, onun səhhətində ciddi problemlər var.

P.Aslanov bu il iyunun 12-də həbs olunub. saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/bas-redaktor-dovlete-xeyanetde-ittiham-olunur/?ref=search

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.

Yaxınları isə onun DTX haqqında tənqidi yazılarına görə şərlənib həbs olunduğunu bildirir. Həyat yoldaşı bildirir ki, xüsusi xidmət orqanlarının zəvvarların ziyarətlərini təşkil edən şirkətlərdən rüşvət alması barədə yazılarına öncə hərbi xidmətə aparmaqla cəzalandırılıb. Baxmayaraq ki, onun sülh şəraitində hərbi xidmətə yararsız olması barədə hərbi bileti olub, ürəyindəki problemlər haqda həkim rəyi var: "Hərbi xidmətdən qayıdandan sonra da Polad Aslanov yazılarını dayandırmadı, onların dediklərilə razılaşmadı. Ona görə bu şəkildə şərləyib həbs elədilər".

Ana səhifəSiyasətJurnalistin həbs müddəti daha dörd ay artırıldı