Sentyabrın 18-də Səbail Rayon Məhkəməsi jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli barəsində iki aylıq həbs qəti imkan tədbiri seçib. Bir gün öncə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həbs etdiyi jurnalistin evində 6 saatdan çox axtarış aparılıb və 1 əbəb “Makarov” tipli tapança və 30-dan çox qumbara tapılıb. Pərviz Həşimliyə qarşı silah saxlama və qaçaqmalçılıq maddələri ilə ittiham irəli sürülüb. Yaxınları bütün baş verənləri Pərvizin ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirirlər.
Axtarış zamanı 5 yaşlı qızı ilə evdə tək olan P.Həşimlinin həyat yoldaşı İlhamə Həşimova MTN işçilərinin evə pəncərədən dəmir barmaqlıqları sökərək daxil olduğunu deyir. Onlar evin həyətindəki müşahidə kameralarının fəaliyyətini dayandırdıqdan sonra axtarışa başlayıblar.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 6 Oktyabr 2013 23:27