“Jurnalist həbsdə də jurnalistdir” – ”AbzasMedia” işinin bir ili

Bu gün Azərbaycan müstəqillik tarixinin azad media, ictimai fəallar və hüquq müdafiəçilərinə qarşı ən böyük həbs dalğalarından birini müşahidə etdiyimiz “AbzasMedia işi”nin başlanmasından 1 il keçir.

Ötən il ərzində istintaqın cinayəti sübut edə bilmədiyi, məhkəmənin məhkəməyə calandığı, həbs müddətlərinin limitsiz uzadıldığı bir vaxtda ölkə Prezidentinin köməkçisinin hələ hökm oxunmayan jurnalistləri qanunu pozmaqda ittiham etməsi çox şey deyir.

“AbzasMedia” isə nəinki fəaliyyətini dayandırmadı, hətta onun əməkdaşları bir il ərzində həbsxanadan ölkə mediası üçün onlarla xəbər də istehsal etdilər.

Ana səhifəXəbərlər“Jurnalist həbsdə də jurnalistdir” – ”AbzasMedia” işinin bir ili