Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Elnur Əşrəfoğlunun müalicəsini Heydər Əliyev Fondu nəzarətə götürmüşdü

Source: APA

Koronavirusa yoluxan idman jurnalisti, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.

Mərhumun qardaşı Rəşad Şükürov məlumatı APA-ya təsdiqləyib. Əşrəfoğlunun ölüm səbəbi koronavirusa yoluxması olub.

Elnur Əşrəfoğlu bu il sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra xəstəxanaya köçürülmüşdü.

Əşrəfoğlunun anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək oğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş etmişdi. Bundan sonra fond Əşrəfoğlunun müalicəsini nəzarətə götürmüşdü.

Ana səhifə ▸ Sağlıq ▸ Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib