Jurnalist: “Daxili rahatlıq tapmağım üçün həmin şəxs mütləq həbs olunmalıdır”

8 mayda liftə daxil olarkən bıçaqla hədələnən jurnalist Aytən Məmmədova deyir ki, həmin gündən sonra həyatı dəyişib. 

Jurnalist bildirir ki, həmin hadisədən sonra günləri qorxuları ilə mübarizədə keçir. 

Jurnalistin boğazına bıçaq dayayan şəxs ondan adını çəkmədiyi məhkəmə işindən yazmamağı tələb edib.

Jurnalist ehtimal edir ki, o, azyaşlı Nərmin Quliyevanın ölüm işi ilə bağlı yazılarına görə təhdid olunub

Jurnalist deyir ki, hadisəni sifariş edən və törədən şəxs cəzalanmasa, rahatlıq tapmayacaq.

Aytən hadisədən sonra da Nərmin Quliyevanın ölüm işi ilə bağlı məhkəməyə getməyə davam edir

Ana səhifəVideoJurnalist: “Daxili rahatlıq tapmağım üçün həmin şəxs mütləq həbs olunmalıdır”