Jurnalist Aysel Umudova ad gününü niyə həbsdə keçirməli olur?

Son repressiya dalğası üzündən 33-cü doğum gününü həbsxanada keçirən Aysel Umudovanın son aylardakı həyatının ən yaxşı təsvirini Haruki Murakaminin bu cümlələrində görmək olar:

“Mən val kolleksiyası yığıram. Və pişiklər. İndi bir pişiyim yoxdu, amma yürüşə çıxsam, bir pişik görsəm, xoşbəxt olaram…”.

Aysel təkcə jurnalist kimliyi ilə yox, pişiyi Mia ilə də tanınır. 2021-ci ilin əvvəlində Umudova Xaçmazda iki ayağı kəsilmiş Mianı sahibləndi, müalicəsi üçün Türkiyəyə apardı, daha sonra evini onunla bölüşdü. Onlar Aysel Azərbaycan hakimiyyətinin repressiyasına məruz qalana qədər birlikdə yaşayırdılar. Bəs Aysel Umudova hakimiyyəti bu qədər qəzəbləndirəcək nələr etmişdi?

Ana səhifəVideoJurnalist Aysel Umudova ad gününü niyə həbsdə keçirməli olur?