O, cinsi təcavüzdə ittiham edilir
Fransalı aktyor Jerar Depardyenin cinsi təcavüzdə ittiham olunması ilə bağlı cinayət işi yenidən gündəmə gəlib.
Ötən il dekabrın 16-dan aktyora qarşı rəsmi ittiham irəli sürülüb.
Adının açıqlanmasını istəməyən 22 yaşlı aktrisa məhkəməyə müraciət edərək Jerar Depardyenin 2018-ci ilin yayında ona təcavüz etdiyini bildirib.
Dediyinə görə, zorlama və cinsi təcavüz aktı iki dəfə təkrarlanıb.
Hadisə aktyorun evində, növbəti tamaşanın məşqləri zamanı baş verib.
2019-cu ildə aparılan ilkin istintaq zamanı irəli sürülən ittiham təsdiqini tapmayıb.
Aktrisa təkrar hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda araşdırma aparılır.
Aktyorun vəkili Erve Temim Jerar Depardyenin günahsız olduğunu və ittihamları qətiyyətlə rədd etdiyini bildirib.