Rauf Mirqədirov hakim heyətinin dəyişməsi məsələsini qaldıra bilər, Anar Məmmədlinin
ofisind
ə
is
ə
qanunvericilikd
ə
n
ə
z
ə
rd
ə
tutulan vergi yoxlan
ışı
ke
ç
irilm
ə
yib
İyunun 17-də saat 16:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirovun iddiası üzrə məhkəmə prosesi keçiriləcək.
Prosesdə Rauf Mirqədirovun Türkiyədə hüquqlarının müdafiə edilməsi üçün vəkillərə notariat qaydada etibarnamənin verilməsinə qadağa qoyan müstəntiq İ.Ləmbəranskinin qərarını qanuni hesab edən Nəsimi rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılacaq.
Meydan TV-yə açıqlama verən vəkil Elmar Süleymanov bildirib ki, məhkəmə tərkibinə etiraz ediləcəyi istisna etmir.
Eyni zamanda, həmin gün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
A.Məmmədlinin vəkili Elçin Sadıqov Meydan TV-yə deyib ki, proses SMDT-də keçirilən vergi axtarışlarla bağlıdır: “İclas 1 saylı inzibatı iqtisad məhkəməsində saat 14:30-da keçiriləcək. Tələbimiz 7 fevral 2014-cü ildə Anar Məmmədlinin işi ilə bağlı aparılan vergi yoxlanması aktının etibarsız sayılması ilə əlaqədardır. Məhkəmə iddiasını QHT-lərə Dövlət Dəstəyi Fonduna, Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin yanında Vergi Auditi Departamentinə qarşı qaldırmışıq. Qanunvericilik müəyyən edib ki, vergilərlə bağlı axtarış qanuni olaraq əsaslandırılmış şəkildə aparıla bilər. A.Məmmədlinin çalışdığı ofisdə isə qanunvericilikdə nəzərdə tutulan vergi yoxlanışı keçirilməyib. Və çox təəssüf ki, məhkəmə bu vergi yoxlanmasının nəticəsi olan qanunsuz akt əsasında A.Məmmədlini qanunsuz olaraq həbs edib”.