İyulun 6-da İntiqam Əliyevin apellyasiya şikayətinə baxılacaq

Source:

Bu barədə Meydan TV-yə məlumat verən İntiqam Əliyevin vəkili Elçin Sadıqov bildirib ki, 6 iyul saat 11-də Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Mirzəli Abbasovun sədrliyi ilə İntiqam Əliyevin barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmündən verilən apellyasiya şikayətinə ilkin baxış iclası keçiriləcək.

İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. Hüquqşünasa qarşı Cinayət Məccələsinin 179.3.2, 192.2.2, 213.2, 308.2, 313 maddələri ilə cinayət işi açılmışdı. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərİyulun 6-da İntiqam Əliyevin apellyasiya şikayətinə baxılacaq