İstanbulda seçicilərin 84 faizi seçkilərə qatılıb

Seçicilərin 4 741 868 nəfəri Əkrəm İmamoğluna səs verib ki, bu, 54.21 faiz deməkdir

Source: Foto: Hurriyet.com.tr


YSK: ''Seçicilərin 4 741 868 nəfəri Əkrəm İmamoğluna səs verib ki, bu, 54.21 faiz deməkdir''

Türkiyənin Ali Seçki Qurumu (YSK) 23 iyun İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səsvermənin nəticələrini açıqlayıb.

Bu barədə danışan

YSK sədri Sadi Güvən

bildirib ki, İstanbulda 8 925 063 nəfər seçici var, onların 84.5 faizi seçkiyə qatılıb. Sayılan seçki bülletenlərindən 8 746 464-ü etibarlı, 178 599-u etibarsız olub.

“Seçicilərin 4 741 868 nəfəri Əkrəm İmamoğluna səs verib ki, bu, 54.21 faiz deməkdir. Binəli Yıldırım isə 3 935 453 səs toplayıb, 44.99 faiz”.

YSK sədri indiyə qədər 19 910 seçki qutusunun sayıldığını əlavə edib:

“Seçkinin nəticələrinə etiraz müddəti başa çatandan sonra bələdiyyə sədri mandatı haqq edən şəxsə təqdim olunacaq”.

23 iyun seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə əsas namizədlər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım olub.

Türkiyədə bələdiyyə seçkiləri martin 31-də baş tutub və İstanbul bələdiyyə başqanlığına namizəd Əkrəm İmamoğlu səsçoxluğunu qazanıb. Uzun mübahisələrdən sonra aprelin 17-də Əkrəm İmamoğlunun qalibiyyəti təsdiq edilib və ona vəsiqə verilib. Lakin sonradan AKP-nin etirazı və şikayəti əsasında İstanbul Bələdiyyəsinə seçkilər ləğv olunub. İyunun 23-də təkrar seçki keçirilib.

Ana səhifəDünyaİstanbulda seçicilərin 84 faizi seçkilərə qatılıb