İşsizlik faizinin yüksələcəyi proqnozlaşıdırılır

Ekspertlər hesab edirlər ki, bu, indiki şəraitdə mümkün deyil

Source: Foto: arxiv


İqtisadçı: ““Fitch” 2020-ci il üçün iqtisadi kiçilmə gözləyir”


"Fitch Ratings"

beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı proqnozu “neqativ”ə endirib.

Agentlik Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə dəyişib.

Agentliyin hesabatında bildirilir ki, baş verən hadisələr Azərbaycan üzrə 2020-ci il iyulun 17-nə təyin edilmiş "Fitch" suveren reytinqinə yenidən baxılma təqvimdən kənara çıxmağı tələb edir.

Agentlik ekspertlərinin fikrincə, 2020-ci ildə ÜDM 4.8% azalacaq. Əvvəllər “Fitch” artımı 2,2, Azərbaycan hökuməti isə 3 faiz proqnozlaşdırırdı.

Ekspertlər hesab edirlər ki, bu, indiki şəraitdə mümkün deyil:

“Neftin qiymətinin kəskin enməsi və koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər 2020-ci ildə Azərbaycanda iqtisadi fəallığın azalmasına səbəb olacaq.

Beləliklə, "Fitch” 2020-ci ildə ÜDM-in 4.8 faiz azalacağını proqnozlaşdırır. Əsaslandırır ki, gəlir, istehlak, neft və qeyri-neft sektorları karantin məhdudiyyətlərindən əziyyət çəkəcək:

“Biz proqnozlaşdırırıq ki, neft qiymətləri və məcmu tələb artdıqca, 2021-ci ildə ÜDM artımı 2,5 faiz olacaq”.

Agentlik həmçinin, hesab edir ki, neftin qiymətinin düşməsi nəticəsində 2020-ci ildə büdcə kəsiri ilin əvvəlində güman edilən 4,4 faiz əvəzinə, ÜDM-in 6,8 faizi qədər olacaq:

“Neftin kəskin ucuzlaşması Dövlət Neft Fondunun gəlirlərini xeyli azaldacaq. Eyni zamanda, bu dövrdə sosial ödənişlər də artacaq. Çünki işsizlik 2019-cu ildəki 5 faizdən 8 faizə yüksələcək”.

“Fitch” gözləyir ki, bir qədər əvvəl tətbiq edilən fiskal qaydalar müvəqqəti olaraq dayandırılacaq. Bu müddətdə də hökumət böhrana reaksiya verəcək.

Agetlik hesab edir ki, dövlət borcu aşağıdır (2019-cu ilin sonuna olan vəziyyətə ÜDM-nin 19,1 faizini təşkil edir). Lakin koronavirusa qarşı tədbirlərin maliyyələşdirilməsi səbəbindən 2020-ci ilin sonuna ÜDM-nin 23,8 faizini təşkil edəcək.

Agentliyin qiymətləndirməsinə görə, neftin qiymətinin aşağı düşməsi səbəbindən cari əməliyyatlar saldosu 2019-cu ildə müsbət 9,3 faizdən, 2020-ci ilin sonunda mənfi 2,8 faiz (ÜDM-ə nisbətdə) olacaq.

Neftin qiymətinin bərpası fonunda Azərbaycan 2021-ci ildə cari əməliyatlar üzrə 5,2 faiz profisitə qayıda bilər.

“Fitch” hesab edir ki, koronavirus pandemiyası və neftin aşağı qiyməti Azərbaycanda bankların aktivlərinin keyfiyyətinə təsir edəcək.

“Azərbaycan bankları hələ də 2015-i ildəki devalvasiya nəticəsində aktivlərin keyfiyyətinin pisləşməsindən tam özlərinə gəlməyib. Hələ də zəif olaraq qalırlar. Bu vəziyyət Fitch Banking System Indicator (BSI) göstəricisində “B” qiyməti ilə əksini tapıb. Məcmu bank sektorunda vaxtı keçmiş kreditlərin payı əvvəlki kimi yüksəkdir”.

2017-ci ildə borcun restrukturizasiyasından sonra ABB keyfiyyəti yaxşılaşdırılmış aktivlərlə mənfəətliliyə qayıdıb.

İqtisadçı Rövşən Ağayev deyir ki, “Standard & Poor's” beynəlxalq agentliyinin ardınca “Fitch” də Azərbaycanın kredit reytinqini yeniləyib. Xarici valyutada uzunmüddətli reytinq BB+ səviyyəsində təsdiq edilsə də, Azərbaycanın mövqeyi sabitdən neqativə dəyişdirilib:

“Neqativ mövqe o deməkdir ki, gələcəkdə ölkənin reytinqinin aşağı salınması riski var. “Standard & Poor's” və “Fitch”-in son rəylərində ortaq bir məqam var: hökumət siyasəti şəffaf deyil və bu perspektivi proqnozlaşdırmağı çətinləşdirir”.

796670BF-09D4-4B9E-8FDC-30260A5EDA8D_w1200_r1_s.jpg
Rövşən Ağayev

İqtisadçı deyir ki, “Fitch” resurs gəlirlərinin daha uzun müddətə aşağı qalacağı tədqirdə sabit valyuta məzənnəsinin davamlı olaraq qorunmasının dayanıqsız olduğunu və hökumətə böyük xərcə başa gəldiyini vurğulayır:

“Agentliyin hesablamasına görə fiskal defisit olmadan büdcə icrası üçün neftin qiymətinin ən azı 50.5 dollar olması lazımdır. Odur ki, agentlik 2020-ci il üçün 4.8 faiz iqtisadi kiçilmə gözləyir. Bundan əlavə, ən vacib şeylərdən biri, işsizliyin 5 faizdən 8 faizə yüksələcəyini proqnozlaşıdırır”.

Rövşən Ağayev deyir ki, agentlik həm də ÜDM-nin 6.8 faizi səviyyəsində fiskal defisit proqnozlaşdırır:

“Beynəlxalq Bankın öhdəlikləri və dövlət sektoru üzrə borclarla təminat da nəzərə alınmaqla, hökumətin məsuliyyət daşıdığı borcların ÜDM-ə nisbəti 31 faiz ətrafındadır”.

Ana səhifəİqtisadiyyatİşsizlik faizinin yüksələcəyi proqnozlaşıdırılır