Bayden atəşkəsi ABŞ diplomatiyasının uğuru adlandırdı
İsrail və HƏMAS 15 ay davam edən müharibəyə son qoymaq üçün atəşkəs müqaviləsi bağlayıblar.
BBC yazır ki, müqavilə bazar günü, 19 yanvarda qüvvəyə minəcək.
ABŞ Prezidenti Co Bayden atəşkəslə bağlı bəyanat yayıb.
Bayden atəşkəsi dəstəkləyib və ölkəsinin intensiv uğurlu diplomatiyasının nəticəsi sayıb.
O bildirib ki, müqaviləyə əsasən, İsrail öz ordusunu Qəzzadan çıxarılmalı, HƏMAS saxladığı bütün əsirlərin azad etməlidir.
Bayden qeyd edib ki, ilk mərhələdə fələstinlilər evlərinə qayıdacaq və Qəzza zolağına humanitar yardım göndəriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da atəkəsi dəstəkləyib.
“HƏMAS-la İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayırıq”, – deyə o bildirib.
İsrail Prezidenti İsaak Hersoq atəşkəs razılaşmasından sonra mətbuat konfransı keçirib.
O, Qəzza zolağında atəşkəs haqqında sazişin bağlanması və girovların azad edilməsini düzgün və zəruri addım sayıb.
Bu, İsrail rəsmilərinin atəşkəs müqaviləsi ilə bağlı ilk rəsmi açıqlamasıdır.
Herzoq deyib ki, o, Baş nazir Benyamin Netanyahu və komandasına bu müqaviləni yekunlaşdırılması ilə bağlı öz dəstəyini təklif edib.
O, hökuməti müqaviləni təsdiqləməyə çağırıb.
HƏMAS-la İsrail arasında nə baş verib?
HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailin cənublarına hücum edib, 1200-ə yaxın insan həlak olub, 251 nəfəri isə əsir kimi Qəzzaya qaytarıb.
HƏMAS-la İsrail qarşıdurması zamanı 46 mindən çox fələstinlinin öldürüldüyü açıqlanıb.
İsrail bildirir ki, HƏMAS tərəfindən hələ də 94 əsir saxlanılır, onlardan 34-ü ölmüş hesab olunur.
Bir çox təhlilçilər düşünürlər ki, atəşkəs bir müddət insan ölümlərini dayandıra bilər, amma ümumilikdə münaqişəyə son qoymayacaq.