“Gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək”
İsrailin Rusiyaya uçuşları dayandırdığı bildirilir.
Məlumata görə, gələn həftə ərzində İsrailin milli aviadaşıyıcısı “El Al” Təl-Əviv və Moskva arasında reysləri yerinə yetirilməyəcək.
“Gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək, bundan sonra uçuşların bərpası ilə bağlı qərar veriləcək”, – şirkətin mətbuat xidməti bildirib.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Qazaxıstanda məcburi eniş zamanı qəzaya uğrayıb.
Göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.
Müxtəlif KİV-lərin çoxsaylı mənbələrindən əldə edilən məlumata görə, Qroznı bölgəsində təyyarəni Rusiya hava hücumundan müdafiə raketi vura bilər.
Bu, rəsmi olaraq təsdiqlənməyib.