İsrailin Baş naziri Benjamin Netanyahunun xanımı korrupsiyada ittiham edilir

59 yaşlı Netanyahunun beş il müddətinə həbs cəzası alacağı gözlənilirdi, lakin məhkəmə cəza endirimini nəzərə alaraq pul cəzasıyla kifayətlənib.

Source: google.az


Xanım Netanyahu restoranlardan yüzlərlə yemək sifariş etmək üçün dövlətdən 100 min dollardan çox (€ 89,000) maddi vəsait əldə etməkdə günahlandırılır

İyunun 16-da İsrail məhkəməsi Baş nazir Benjamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunu dövlət pullarını sui-istifadədə ittiham edib və onu 10 min şekellə (2,491 Avro və ya 2,800 dollar) cəzalandırıb, – “Deutsche Welle” xəbər verir.

Məhkəmə xanım Netanyahuya dolandırdığı 45 min şekeli dövlətə geri ödəməyi əmr edib.

59 yaşlı Netanyahunun beş il müddətinə həbs cəzası alacağı gözlənilirdi, lakin məhkəmə cəza endirimini nəzərə alaraq pul cəzasıyla kifayətlənib.

Xanım Netanyahu evində aşpaz işlətdiyi halda restoranlardan yüzlərlə yemək sifariş etmək üçün dövlətdən 100 min dollardan çox (€ 89,000) maddi vəsait əldə etməkdə ittiham olunur.

Zəngin yeməklər Yerusəlimdəki bir sıra tanınmış restoranlardan gəlib. Bura bir italyan restoranı, Yaxın Şərq kabab və suşi restoranı da daxildir.

Onun vəkilləri yeməklərin onun xəbəri olmadan sifariş edildiyini deyir.

İxtisasca psixoloq olan Sara Netanyahu bundan öncə də qeyri- münasib davranışlarına görə məhkəmə qarşısına çıxmalı olub.

2016-cı ildə Qüdsdə məhkəmə onu rəsmi yaşayış yerində bir işçini sui-istimal etdiyi üçün günahkar bilib və dəymiş ziyana görə 47,000 dollar ödəməyi əmr edib. 2018-ci ildə Netanyahular İsrail müxbiri İqal Sarnaya qarşı açılmış məhkəmə işini qazanıblar. Belə ki, Sarna iddia edirdi ki, xanım Netanyahu həyat yoldaşı Benjamini aralarında olan mübahisə zəminində yolda gedərkən avtomobildən yol kənarına atıb.

O, uzun müddət işçilərinə qarşı kobud və təhqiramiz davranışlarına görə başqa iddialarla da qarşılaşıb.

Baş nazir özü bir sıra korrupsiya araşdırmalarına cəlb edilib. Həm o, həm də Sara bu ittihamları rədd edir, onların siyasi motivli olduğunu və düşmən media tərəfindən uydurulduğunu deyirlər.

Şənbə günü Baş nazir Netanyahu “Facebook” hesabında həyat yoldaşını müdafiə edərək, onu mediaya qarşı mübarizə aparan "real qəhrəman" adlandırıb.

Sara 1991-ci ildə Benjamin Netanyahu ilə evlənib. Onların iki oğlu var.

Ana səhifəDünyaİsrailin Baş naziri Benjamin Netanyahunun xanımı korrupsiyada ittiham edilir